Mənalı şeir | Aqşin Yenisey

Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların
Şəhərlər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxur.

Zəlzələdən sonra şəhərdən nə qalırsa
Divar odur.
Sevgidən sonra şairdən nə qalırsa
Söz odur.
Unudulandan sonra qadından nə qalırsa
Sən osan.

Sevgi haqqında mənalı şeir | Aqşin Yenisey

 

0 şərh